12 noyabr 2013 16:00
Qırğızıstan yığması Küveyt gənclərinə məğlub oldu
Futbol üzrə Azərbaycan yığmasının qarşıdakı yoldaşlıq oyununda rəqibi Qırğızıstan yığması Küveytin gənclərdən ibarət komandasına məğlub olub. Azerisport.az xəbər verir ki, görüş küveytli gənclərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan yığması Qırğızıstan komandası ilə görüşünü noyabrın 19-da Bişkekdə keçirəcək.
