12 noyabr 2013 15:00
Əhməd Ticani: Mənim het-trikim daimi məşqlərin nəticəsidir
“Şuşa”nın hücumçusu Əhməd Ticani futbol üzrə Azərbaycan birinci divizionunun oyunları çərçivəsində “Turan-T”yə qarşı keçirilmiş görüşdə vurduğu üç qol haqda fikrini bildirib. Azersport.az xəbər verir ki, Ticani bunları söyləyib:
“Vurulmuş bu üç qoldan sonra özümü yaxşı hiss edirəm. Bu, daimi məşqlərin nəticəsidir. Növbəti oyunlarda daha yaxşı oynayacağımı təminat verə bilərəm”.
