12 noyabr 2013 14:05

Ruslan Abışov: Bütün Rusiya Azərbaycan millisinin aldığı mükafatdan danışır

Rusiyanın "Rubin" klubunun və Azərbaycan millisinin futbolçusu Ruslan Abışov azerisport.az saytına müsahibəsində Rusiyadakı həyatından, "Qəbələ"nin təklifindən, yığmanın yoldaşlıq görüşlərindən və Berti Foqtsdan danışıb.
 
- Zədən nə yerdədi, artıq sağalmısan?
- 1 həftədi məşqlərə başlamışam. Bildiyiniz kimi, Rusiya ilə oyunda köhnə zədəmi yeniləmişdim. İndi yığmanın düşərgəsində hazırlaşıram. İnanıram ki, millinin oyunlarında oynamaq imkanı olacaq. Fikrimcə, yığmadan sonra Kazana qayıdanda oynamağa hazır olacam. Zədə artıq keçmişdə qalıb.
 
- Azərbaycan - Rusiya görüşündən əvvəl Ryazantsevlə mərc gəlmişdin. Sonu necə oldu?
- Kazana qayıdanda Ryazantsev mənə qiymətli hədiyyə bağışladı. O mərc gələrək demişdi ki, Rusiya Bakıda 3 xal qazanacaq. Mən isə demişdim ki, Azərbaycan uduzmayacaq. Ona görə mənə hədiyyə verdi. Millimizin oyununu yüksək qiymətləndirdi. Eyni zamanda Bakını çox təriflədi. Ryazantsev dedi ki, paytaxtımızın belə gözəl olduğunu bilmirdi. Şəhərimizdən çox razı qalıb.
 
- "Rubin" son zamanlar yaxşı təsir bağışlamır...
- Komanda son turlar qələbə qazana bilmir. Amma bu, müvəqəttidi. Bizim yaxşı heyətimiz var. İnanıram ki, fasilədən sonra uğurlu çıxış edəcəyik. Mən də yığmadan kluba hazır vəziyyətdə qayıdacağımı düşünürəm. Zədəm sağalıb. Məşqçi nə vaxt istəsə, oynamağa hazıram. Komandanın uğurunda payımın olması üçün çalışmaq istəyirəm. "Rubin" də sözümü deməyi bacarmalıyam.
 
- Yığmanın oyunundan sonra orada sənə münasibət dəyişib?
- Yaxşı mənada dəyişib. Çoxları millimizdən belə oyun gözləmirdi. Rusiyada ən çox müzakirə olunan mövzu bizim mükafatlardı. Hamı məndən futbolçularımızın Şimali İrlandiya üzərində qələbəyə görə nə qədər mükafat aldığını soruşur. Amma mən belə məsələlərə şərh vermirəm.
 
- "Qəbələ" səninlə maraqlanır və heyətə cəlb etmək istəyir...
- Mənimlə maraqlanan bütün komandalara təşəkkür edirəm. Amma Azərbaycana qayıtmaq barədə düşünmürəm. Hazırda bütün fikrim "Rubin"lə bağlıdı. Azərbaycandan gedən futbolçulara dəstək olmaq lazımdı. Onları geriyə qaytarmaq yox. İnanıram ki, komandamda start heyətə düşəcəm. Əlbəttə, indi mənim ehtiyatda qalmaq yaşım deyil. Ancaq baş məşqçinin mənə inandığını və güvəndiyini bilirəm. Həmin etimadı doğrultmaq istəyirəm.
 
- Rusiyadan olan təkliflərdən də imtina etmisən?
- Onlar çoxdan var idi. Premyer Liqanın digər klubları məni icarəyə götürmək istəyirdi. Amma Kurban Berdıyev dedi ki, Abışov satılmır və icarəyə verilmir. Əgər mənim haqda yaxşı fikirdə olmasaydı belə söyləməzdi. O insanın komandanın uğurlarında böyük rolu var. Kurban Berdıyev kimi məşqçiylə çalışmaq mənə çox şeyi öyrədir. Ona görə onun ümidlərini doğrultmaq istəyirəm.
 
- Yığmanın Estoniya və Qırğızıstanla oyunları haqda nə deyə bilərsən?
- İlin son oyunlarıdı. Hər iki matçda qələbə qazanmaq istəyirik. Estoniya ilə oyun daha maraqlı olacaq. "Amkar"da oynayan Vasilyevi tanıyıram. Eyni zamanda Dmitri Kruqlov da Estoniyanın şərəfini qoruyur. Qırğızıstan son oyunlarda İndoneziya və Tacıkistana uduzub. Amma həmin oyunları görməmişəm. Fikrimcə azarkeşlər də bizdən uğur gözləyir.
 
- Yəqin nəticə Berti Foqtsun taleyinə təsir edəcək....
- Bilmirəm. Bu məsələni AFFA həll edir. Mənim fikrimcə Foqts qalsa daha yaxşı olar. Bütün futbolçularımız bu fikirdədi. 6 ildir bir yerdə çalışırıq. Bir-birimizi tanıyırıq. Yeni məşqçiyə vaxt lazım olacaq. O komandanı tanıyır və uğulu çıxışımızı davam etdirməyin yolunu da bilir. İstənilən halda biz futbolçular həmişə maksimum oynamağa hazırıq. Məşqçi məsələsini federasiya həll edəcək.
 
- Azərbaycan çempionatını izləyirsən?
- İnternet vasitəsilə bəzi oyunlara baxmışam. "Neftçi", "Qarabağ" və "Qəbələ" çempionluğa əsas namizəd sayılır. Amma "Bakı"nı, "İnter"i və digər komandaları unutmaq olmaz. Sadəcə, indiki halda əsas mübarizə "Qarabağ"la "Neftçi" arasında gedir. Vacib oyunlar hələ irəlidədi. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.