12 noyabr 2013 13:42
Çumbinyo Qarabağı tərk etmək istəyir
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo ağdamlıların düşərgəsini tərk etmək istəyir. Azerisport.az Yunanıstan KİV-nə istinadən xəbər verir ki, braziliyalı ötən mövsüm icarə əsasında çıxış etdiyi “Atromitos”a qayıtmaq istəyir.
Futbolçunun Azərbaycan həyatı ilə bağlı çətinliklərin olduğu güman edilir. Məlumatda Çumbinyonun “Atromitos” klubunun rəsmiləri ilə əlaqə yaratdığı və qışda “Qarabağ”la müqaviləyə xitam verəcəyi barədə informasiya da əksini tapıb.
