12 noyabr 2013 13:31
Ryazantsev uduzduğu mərcə görə Ruslan Abışova hədiyyə bağışladı
"Rubin" in futbolçusu Aleksandr Ryazantsev komanda yoldaşı Ruslan Abışova bahalı hədiyyə təqdim edib. Azerisport.az xəbər verir ki, buna səbəb iki futbolçu arasında bağlanan mərcdə həmyerlimizin qalib gəlməsidi.
Belə ki, Azərbaycan-Rusiya oyunundan əvvəl Ryazantsevlə Abışov mərc gəlib. Rus futbolçu millisinin qalib gələcəyini söyləyib. Ruslan Abışov isə Bakıda millimizin uduzmayacağını bildirib. Nəticədə Abışov mərcdə qalib gəlib. Ona görə də Ryazantsev ona hədiyyə bağışlayıb.
