12 noyabr 2013 00:15
Branimir Subaşiç oynamadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klublu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi evdə “Qaziantep BB" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 28 xal toplayıb və 1-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
13-cü tur
11 noyabr
Orduspor - Qaziantep BB - 0:1
