11 noyabr 2013 12:42
Qarabağın müdafiəçisi Albaniya yığmasına çağırıldı
Futbol üzrə Albaniya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, açıqlanan heyətdə "Qarabağ"ın müdafiəçisi Ansi Aqolinin də adı var.
O, komandasının Belarusla yoldaşlıq oyununda iştirak etmək şansına malikdi.
Qeyd edək ki, Albaniya - Belarus qarşılaşması noyabrın 15-də keçiriləcək.
