11 noyabr 2013 00:11

Neftçinin turu

Topaz Premyer Liqasında 13-cü tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə ərəfəsində baş tutan turun matçları 3 gün ərzində oynanıldı.
 
5 oyundan 4-ü Bakıda, biri kənarda keçirildi. Tura autsayderlərin - "Rəvan" - "Sumqayıt" oyunu ilə start verildi. 10-cu dəfə üz-üzə gələn rəqiblərin qarşılaşmalarında “Rəvan” aşkar üstünlüyə malik idi. Bu komanda əvvəlki matçların 6-da qələbə qazanmışdısa, "Sumqayıt" cəmi 2 dəfə 3 xala sevinmişdi. Daha bir görüş isə sülhlə bitmişdi. Elə bu görüşdə də qalib müəyyənləşmədi. Hesabı bakılılar açsa da, "Sumqayıt" cavab qolunu vura bildi. Belcə, Şahin Diniyevin "aslanlar"la ilk qələbəsinə sevinmək arzusu baş tutmadı. Halbuki, paytaxt klubu cari mövsümdəki yeganə qələbəsini ilk dövrədə məhz "Sumqayıt"la oyunda qazanmışdı.
 
İkinci oyun günündə lider "Qarabağ" səfərdə AZAL-la üz-üzə gəldi. 20-ci dəfə qarşılaşan rəqiblərin əvvəlki matçlarında “Qarabağ” üstünlüyə malik idi. Ağdamlılar qalib gələcəyi halda, 10-cu – yubiley qələbəsini qazanacaqdı. Qurban Qurbanovun komandası həm də ilk pillədəki mövqeyini qorumaq üçün səfərdən 3 xalla qayıtmağa məcbur idi. Əks halda "Neftçi" bu turu qalib başa vursa, Ağdam klubunu qabaqlaya bilərdi. "Təyyarəçilər" isə qələbəsizlik sindromuna son qoymaq istəyindəydi. Axı Vaqif Sadıqovun komandası 7 tur idi 3 xala həsrət idi. Maraqlı məqamlardan biri də "Qarabağ"ın bu mövsüm aldığı yeganə məğlubiyyətin məhz AZAL-la ilk dövrədəki oyuna təsadüf etməsiydi. Amma Ağdam klubu nə bu məğlubiyyətin qisasını ala bildi, nə də qələbə qazandı. "Təyyarəçilər"in vurduğu erkən qola matçın sonlarında cavab verən Qurbanovun komandası sonda bir xala sevindi.
 
Digər maraqlı bir qarşılaşma “İnter”lə “Simurq” arasında keçirildi. “Bankirlər” Zaqatala klubu ilə əvvəlki oyunlarda böyük üstünlüyə malik idi. Lakin rəqiblərin son 2 matçında zaqatalalılar qalib gəlmişdi. Bütövlükdə isə "İnter"in 13 qələbəsinin qarşılığında "Simurq" cəmi 3 dəfə qələbəni bayram edən tərəf olmuşdu. Daha bir qarşılaşmada isə heç-heçə qeydə alınmışdı. Elə bu dəfə də tərəflər meydanı hərəyə 1 xalla tərk etdilər. Son iki turda ardıcıl qələbələr qazanan "İnter"in uğurlu seriyanı davam etdirmək istəyi baş tutmadısa, son dövrlər qeyri-sabit çıxışı ilə seçilən "Simurq" da növbəti dəfə 3 xala həsrət qaldı.
 
Turun maraqlı qarşılaşmalarından birində “Xəzər Lənkəran” şəxsi görüşlərdə böyük üstünlüyə malik olduğu “Qəbələ” ilə qarşılaşdı. Cənub klubu bu rəqibi ilə əvvəlki oyunlarda 10 dəfə qələbəyə sevinmişdi. 4 matçda heç-heçə qeydə alınmışdısa, daha 5 görüşdə "Qəbələ" 3 xala sevinmişdi. Yubiley qarşılaşması ərəfəsində “Qəbələ” 4 matç idi ki, rəqibinə uduzmurdu. İki iddialı bölgə klubunun duelinə maraq qatan əsas amillərdən biri bu komandalara iki tanınmış əcnəbi mütəxəssisin - Con Toşakla Yuri Syominin rəhbərlik etməsiydi. Amma qarşılaşmanın güclü yağış altında oynanılması, stadionun durumunun bərbad vəziyyətdə olması bu görüşün daha maraqlı keçməsinə mane oldu. Elə qarşılaşmanın qolsuz başa çatması da belə deməyə əsas verir.
 
13-cü turun qapanış matçında isə son çempion “Neftçi” ilə “Bakı” üz-üzə gəldi. Paytaxt derbisinə maraq kifayət qədər böyük idi. Nazim Süleymanovun komandası son turdakı "Xəzər Lənkəran"la oyunda qazanılan möhtəşəm qələbənin davamını gətirmək iddiasındaydı. Bu, həm liderlik mübarizəsi baxımından vacib əhəmiyyət daşıyırdısa, həm də ilk dövrədəki 0:3 hesablı məğlubiyyəti unutdurmaq baxımından önəmliydi. Milinko Pantiçin komandası isə liderlərə daha da yaxınlaşmaq üçün "Neftçi"yə yenidən qalib gəlməyə borcluydu. “Neftçi” sayca 44-cü paytaxt derbisinə aşkar üstünlüklə çıxmışdı. Elə bu tarixi üstünlük son oyunda da sözünü dedi. Süleymanovun yetirmələri hətta matçın böyük hissəsini azlıqda keçirməsinə rəğmən, görüşü qələbə ilə başa vurmağı bacardılar. Nəticədə “ağ-qaralar” 25-ci - yubiley qələbəsini qazandı. Bu qələbə "Neftçi"nin "Qarabağ"a çatmasına imkan versə də, liderlik hələ də Ağdam klubundadı.
 
Topaz Premyer Liqası
13-cü tur
 
RƏVAN - SUMQAYIT - 1:1
Qollar: Ceyhun Cavadov, 15 - Pərdis Fərcad-Azad, 45.
Sarı vərəqələr: Mişel Balokoq, 57 (qeyri-idman hərəkəti); Cəmşid Məhərrəmov, 90+1 (qeyri-idman hərəkəti) - Pərdis Fərcad-Azad, 26 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
8 noyabr 2013. Bakı. "Bayıl Arena". 500 tamaşaçı.
 
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (19. Hüseyn Axundov, 65), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç (8. Frederik Holster, 87), 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (9. Elnur Abdulov, 63), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Kamil Nurəhmədov, 33. Sohib Savankulov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad (91. Vüqar Əsgərov, 71), 9. Orxan Əliyev (27. Nurlan Novruzov, 71), 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Aqşin Muxtaroğlu, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
 
AZAL - QARABAĞ - 1:1
Qollar: Viktor İqbekoyi, 34 - Maksim Medvedev, 74.
Sarı vərəqələr: Vladimir Boqdanoviç, 31 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 33 (qeyri-idman hərəkəti); Tural Nərimanov, 72 (qeyri-idman hərəkəti); Samuel Barlay, 78 (sistematik qayda pozuntusu); Ruslan Məcidov, 90 (oyunun bərpasını gecikdirdiyi üçün); Viktor İqbekoyi, 90+2 (qeyri-idman hərəkəti) - Riçard Almeyda, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
9 noyabr 2013. Bakı. "AZAL Arena". 500 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (5. Murad Ağayev, 49), 10. Con Oluremi, 18. Samuel Barlay, 17. Viktor İqbekoyi (k) (30. Yuri Fomenko, 90+3), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov, 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 8. Qərib İbrahimov, 16. Freddi Borq, 21. Rey Məmmədbəyli, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 72), 9. Reynaldo Silva, 17. Vüqar Nadirov (41. Corc Leroy, 65), 20. Riçard Almeyda (11. Ulrix Kapolonqo, 89), 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
 
İNTER - SİMURQ - 0:0
Sarı vərəqələr: Brüs Abdulay, 36 (qeyri-idman hərəkəti); Vaqif Cavadov, 84 (hakimin qərarına etiraz) - Raul Kostin, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
9 noyabr 2013. Bakı. “Şəfa” stadionu. 700 tamaşaçı.
 
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze (5. Slavço Georgiyevski, 46), 4. İvan Benites, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 80), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (19. Sezar Meza Kolli, 89), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 6. Samir Zərgərov, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (7. Ruslan Poladov, 76), 11. Draqan Çeran, 15. Stepan Polyak (28. Nenad Kiso, 75), 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin, 77. Nicat Qurbanov (16. Məhərrəm Hüseynov, 87).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 4. Dilaver Zrnanoviç, 17. Rüstəm Məmmədov, 66. Ruslan Getman.
Baş məşqçi: Georgi Çixradze.
 
XƏZƏR LƏNKƏRAN - QƏBƏLƏ - 0:0
Sarı vərəqələr:  Nikola Valentiç, 23 (qeyri-idman hərəkəti); Dodo, 36 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
10 noyabr 2013. Lənkəran şəhər stadionu. 4000 tamaşaçı.
 
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 4. Alvaro Silva, 7. Sadio Tounkara (22. Deyvid Sakkoni, 20) (11. Zohair Benouahi, 72), 10. Elnur Abdullayev (9. Uğur Pamuk, 84), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 17. Kazım Kazımlı, 23. Nikola Qliqorov.
Baş məşqçi: Con Toşak.
Qəbələ: 27. David Petrkeviç, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 11. Yannik Kamanan, 18. İbrahima Niasse (84. Deyan Kelhar, 37), 31. Daniel Subotiç (9. Viktor Mendi, 68), 34. Ürfan Abbasov, 42. Leonardo da Silva (14. Lorenzo Ebesilio, 55).
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 4. Amt Quluzadə, 22. Assis Rodriqes, 33. Elvin Camalov.
Baş məşqçi: Yuri Syomin.
 
NEFTÇİ - BAKI - 2:1
Qollar: Ernest Nfor, 2, Cavid İmamverdiyev, 45+2 - Erik Ramos, 53-öz qapısına.
Sarı vərəqələr: Denis Silva, 18 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 80 (qeyri-idman hərəkəti); Pavel Doroşev, 90+2 (vaxtı uzatdığına görə); Bahodir Nasimov, 90+3 (qeyri-idman hərəkəti) - Etto, 43 (qeyri-idman hərəkəti); Risto Ristoviç, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Saşa Stamenkoviç, 27 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 4 dəq.
10 noyabr 2013. Bakı. "Bakcell Arena". 3000 tamaşaçı.
 
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (32. Elvin Yunuszadə, 90+3), 7. Araz Abdullayev, 9. Flavinyo (14. Bahodir Nasimov, 88), 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (1. Pavel Doroşev, 30).
Ehtiyat oyunçular: 4. Tərlan Quliyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Nazim Süleymanov.
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 6. Vadim Abdullayev (8. Cavid Hüseynov, 53), 7. Əfran İsmayılov (2. Deyvidas Çesnauski, 35), 11. Rauf Əliyev (k), 12. Etto (20. Mindauqas Kalonas, 70), 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 15. Alberto Noquera, 19. Marius Pena, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
 
1 Qarabağ 13 8 4 1 25 8 +17 28
2 Neftçi 13 8 4 1 20 9 +11 28
3 Qəbələ 13 7 2 4 20 13 +7 23
4 Bakı 13 5 3 5 22 16 +6 18
5 İnter 13 5 2 6 21 18 +3 17
6 AZAL 13 4 5 4 12 16 –4 17
7 Simurq 13 3 6 4 11 12 –1 15
8 XL 13 3 5 5 10 17 –7 14
9 Rəvan 13 1 5 7 8 25 –17 8
10 Sumqayıt 13 1 4 8 6 21 –15 7
 
Bombardirlər:
6 - Əfran İsmayılov (Bakı).
5 - Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 - Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.