11 noyabr 2013 11:41
Atletiko yenə xal itirdi (FOTOREPORTAJ)
Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Madrid "Atletiko"su bu tur səfərdə "Vilyareal"la qarşılaşıb.
Görüşdə hesabı qonaqlar açıb. Amma meydan sahibləri məğlubiyyətdən yaxa qurtara biliblər. Beləcə, qarşılaşma sülhlə bitib - 1:1.
"Land of Fire Azerbaijan" formalı "Atletiko" bu nəticədən sonra 34 xalla ikinci pillədəki mövqeyini qoruyub. Lider "Barselona"nın isə 37 xalı var.
