11 noyabr 2013 11:05
Rəşad Sadiqov: Qoy Toşak öz futbolçularını söyməyə davam etsin
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- "Bakı" ilə bu dəfəki oyunda qələbə qazandınız. Bu qələbə haqda nə deyə bilərsiz?
- Çətin oyun alındı. Nəzərə alsaq ki, oyunun bir saatını azlıqda keçirdik, əlavə şərhə ehtiyac yoxdu. "Bakı"ya qarşı oynamaq həmişə çətindi. Deməzdim ki, biz çox yaxşı oynadıq. Amma şadam ki, qələbə qazanmağı bacardıq.

- Saşa Stamenkoviçin meydandan qovulması ədalətli qərar idi?
- Fikrimcə, hakim haqlı idi. Qapıçı çıxışda gecikmişdi və Rauf Əliyevə qarşı kobud oynadı.

- Siz həmin epizodda İqor Mitreskiyə iradınızı bildirdiniz...
- Top onda idi. Onu Mitreski uzaqlaşdırmalıydı. Sadəcə, aralarında anlaşılmazlıq baş verdi.
- Bu qələbə "Neftçi"yə "Qarabağ"a çatmaq imkanı yaratdı...
- Hamı xal itirir. Mövsmün gedişində də belə olacaq. Hamı mümkün qədər üst pillələrdə qərarlaşmaq üçün mübarizə aparır.
- Ruben Qonsales komandanızın üzvlərinə qarşı bir neçə dəfə kobud oyunla yadda qaldı. Bunun nə ilə bağlı olduğunu bilmirsiz?
- O, çox aqressiv çıxış edirdi. Nə düşündüyünü bilmirəm. Amma hakim bunlara diqqət yetirmirdi.

- "Xəzər Lənkəran"la son oyununuzda Con Toşakla aranızda nə baş verdiyini yada sala bilərsiz?
- Mən Toşakı söyməmişəm. Sadəcə, qışdırdım. Bu məşqçi hər oyunumuzda bizim komandanın futbolçularının üstünə qışqırır. O, bizə hörmət etmir. "Xəzər Lənkəran"ın oyunçuları mənə etiraf ediblər ki, uelsli mütəxəssis öz oyunçularına qarşı da belə davranır. Qoy öz futbolçularını söyməyə davam etsin. Daha bizi niyə söyməlidi ki?

- Bu münaqişə bütün həftə boyu müzakirə olundu. Amma siz yalnız indi deyirsiz ki, onu söyməmisiz...
- Bunlara fikir vermək istəmirdim. Amma bir halda ki, soruşursuz, deyirəm ki, belə bir şey olmayıb. Əgər o, özünə hörmət edilməsini gözləyirsə, ilk növbədə bizə hörmət etməlidi.
- Yığmamızın qarşıdan gələn Estoniya və Qırğızıstanla oyunlarından nə gözləyirsiz?
- Yoxlama oyunu olmasına baxmayaraq, biz bu görüşlərə ciddi hazırlaşacağıq. Bunun bir neçə səbəbi var. İlk növbətə reytinq xalımızı yaxşılaşdırmalıyıq. Həm də ili qələbəylə başa vurmaq pis olmazdı.