11 noyabr 2013 16:12

Con Toşak: Yalnız Qarabağ deyə bilər ki...

“Xəzər Lənkəran” - “Qəbələ” matçı başa çatdıqdan sonra 14-cü turun hazırlığına başlayan cənub təmsilçisi Lənkəranda məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, bu gün “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak son oyunla bağlı klubun rəsmi saytına fikirlərini bildirib.
 
Həmin fikirləri təqdim edirik: "Dünən komandam gözəl oyun sərgilədi. Matç sonrası paltardəyişmə otağında onlara irad bildirmək üçün səbəb yox idi. Yalnız qol vura bilməmək problem olaraq qalır. “Qəbələ” Azərbaycan çempionatının çox güclü klublarındandı. Onların infrastrukturu hələ də gözüm önündən getmir. Bu mənada biz dünən onlardan çox üstün futbol sərgilədik, topa nəzarət etdik, qol vəziyyətləri yaratdıq. Amma artıq neçə oyundu ki, komandam futbolda ən vacib amili - qol meyvəsini dada bilmir. İstənilən halda komandanın oyunlarını təhlil edərkən geri boylanmalı olursan. Biz evdə bütün rəqiblərdən üstün oyun sərgiləmişik, qələbəyə sözün bütün mənalarında layiq olmuşuq. Amma cəmi bir qələbə qazanmışıq. Yalnız “Qarabağ” deyə bilər ki, biz Lənkəranda layiq olduğumuz üç xalı qazandıq. Bunu etiraf edirəm və deyim ki, həmin oyunda belə çox gözəl oynamışdıq. Tounkara – Sakkoni əvəzetməsi belə görürəm ki, medianın marağına səbəb olub. Bu əvəzetməni yalnız bir şeyə görə etdim – meydanın vəziyyəti çox texnikalı olan bu iki futbolçunun istədiyi kimi oynamasına imkan vermirdi. Tounkarada bu səbəb özünü daha tez nəzərə çarpdırdısa, Sakkonini də oyunun sonlarında Benuahi ilə əvəzləməyim normal idi. Çünki, Zohair həm fiziki olaraq güclü futbolçudu, həm də zərbələri güclüdü. Bu mənada zədədən yeni qayıdan Zohairi son dəqiqələrdə Sakkoni ilə əvəzlədim. Hazırda 21 yaşa qədər futbolçular üzərində seçim aparır, əvəzedici heyətimizdə əsas komandamızda çıxış etməyə layiq ola biləcək gənclərin oyunlarını analiz edirəm. Dünən Ağabala zədələndi və dərhal təşvişə düşdük ki, Ramazanov oyunu davam etdirə bilməsə ilk öncə Orxanı qapıya qoymalı, daha sonra isə Ağabalanı yerinə hücumçu salmalıyıq. İki vacib mövqe – qapı və hücumda seçimimiz gənclər üzərindədi ki, bu da bizə mane olur. Demək istəyirəm ki, ilk dəfə karyeram boyu çətin bir duruma düşmüşəm. Amma bu çətinlikdən çıxmağı bacaracağıma da əminəm. Şans bizdən bu qədər üz döndərməsə idi, biz indi fərqli şeylərdən danışırdıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.