11 noyabr 2013 15:45
İsrafilov oynadı, Mursiya xal itirdi
Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda (Sequnda) növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Real Mursiya" 13-cü tur çərçivəsində səfərdə “Luqo” ilə qarşılaşıb.
Oyun 1:1 hesablı ilə başa çatıb. “Mursiya” 57-ci dəqiqədə hesabı açıb. Amma 81-ci dəqiqədə meydan sahibləri bərabərlik qolunu vura biliblər.
Eddi bu oyuna start heyətdə çıxıb. O, 90 dəqiqə meydanda olub.
“Mursiya” 13 turdan sonra 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
