11 noyabr 2013 14:57

50-ci qolla 50-ci xal

"Rəvan” Topaz Premyer Liqasının 13-cü turunda "Sumqayıt” ilə üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da keçirilən görüşdə komandalar hərəyə 1 qol vurub, 1 xal qazandı ki, bu da onların turnir cədvəlindəki mövqelərinə təsir etmədi. Qarşılaşma bir sıra maraqlı məqamları ilə yadda qaldı.
 
Maraqlı məqamlardan biri ondan ibarətdi ki, komandalar Premyer Liqa çərçivəsində görüşdükləri ilk oyundan sonra ilk dəfə "sülh” bağladılar. "Rəvan” həmin o 0:0-dan sonra "Sumqayıt”a qol vurmaq ənənəsini yenə davam etdirsə də, budəfəki 1:1 8 matçlıq seriyanın qırılmasına gətirib çıxardı. Çünki qolsuz bərabərlikdən sonra düz 8 qarşılaşmada heç-heçə qeydə alınmamış, tərəflərdən biri 3 xal qazanmışdı. Bu baxımdan "Rəvan" 6 qələbə ilə rəqibi xeyli üstələyir.
 
"Sumqayıt”la qarşılaşmadakı nəticə həm də "Rəvan”ın evdəki heç-heçələr seriyasını davam etdirməsi ilə nəticələndi. Artıq "Bayıl” stadionundakı son 5 matçda "sülh” qeydə alınıb. "Sumqayıt”dan öncə "Qarabağ” (1:1), AZAL (0:0), "Xəzər Lənkəran” (1:1) və "Bakı” (0:0) ilə heç-heçə edilmişdi. Maraqlıdı ki, bu oyunlarda 1:1 və 0:0 hesabları növbəliliklə sıralanır. Özü də hesab 1:1 olanda ilk qolu məhz komandamız vurur. Onu da qeyd edək ki, ardıcıl 5 ev heç-heçəsi klub tarixində rekord nəticədi.
 
Son oyun "Rəvan" üçün çempionatlar çərçivəsində keçirilən 125-ci görüş oldu. Bunlardan 48-i I divizion çərçivəsində baş tutubsa, Premyer Liqanın payına 77 matç düşür. Bu 125 oyunda ümumi balans belədi: +53 =27 -45, 179:160. Göründüyü kimi, "Rəvan" "Sumqayıt”la oyunda çempionatlar çərçivəsində 160-cı qolu buraxdı.
 
"Sumqayıt”la qarşılaşmada qeydə alınan 1:1-lik bərabərlik "Rəvan” üçün fərqli mənalarda da yubiley oldu. Belə ki, komanda Premyer Liqada 20-ci heç-heçəsinə imza atdı. 77 oyuna bu nəticəyə çatan "aslanlar” həm də elitada ev oyunlarında 50-ci xalını qazandı. Üstəlik, Premyer Liqada doğma divarlar arasında keçirilən görüşlərdə 50-ci qol vuruldu.
 
Həmin bu yubiley qolunun müəllifi olan Ceyhun Cavadov həm cari mövsüm, həm də ümumilkdə "Rəvan” forması ilə ilk topunu vurdu. Gənc futbolçu Premyer Liqada "Rəvan” forması ilə fərqlənmiş 25-ci oyunçu kimi yadda qaldı. Cari mövsüm bu baxımdan Sebastyan Kastro-Telyo, Kamil Nurəhmədov və Sohib Savankulov "siftə” etmişdi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.