11 noyabr 2013 15:09

"Qolu atama həsr etdim"

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Rəvan” "Sumqayıt”ı qəbul etdi. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da keçirilən oyunda paytaxt klubu hesabı açsa da, üstünlüyünü qoruya bilmədi.
 
"Aslanlar"ın bu matçda yeganə qolunun müəllifi olan Ceyhun Cavadov üçün bu topun önəmi böyük idi.
 
Çünki o, "Rəvan” forması ilə ilk qolunu vurdu. Komandasının Premyer Liqada doğma divarlar arasında keçirilən görüşlərdə 50-ci qolunun da müəllifi olan Cavadov oyundan sonra klubun rəsmi saytına müsahibə verib.
 
- "Rəvan” forması ilə ilk qolunu vurdun. Qoldan sonra nə hisslər keçirdin?
- Xüsusi sevinc oldu desəm, düz çıxmaz. Sadəcə, komandamın daha da yaxşı çıxış etməsi, uğurlu nəticələr qazanması üçün çalışıram. Qol vurmaq da yaxşıdır. Təbii, bu bir ilk olduğundan müəyyən mənada özünəəminliyimi artırır. Amma yenə deyirəm ki, xüsusi hisslər keçirmədim.
 
- Qolu təsvir edərdin...
- Vareanın topu saxladığını və mənə tərəf baxdığını görüncə, topu mənə tərəf ötürəcəyini anladım. Boş zonaya açıldım ki, rahat olsun. Top önümə gələrkən qapını tam gördüyümdən zərbə vurmaq qərarına gəldim. Şükür, zərbəm dəqiq oldu.
 
- Qolu kimə həsr etdin?
- Qolu atama həsr etdim. O, stadionda idi və qoldan sonra ona tərəf qaçdım. Atamın üzərimdə böyük əməyi var, bu səviyyəyə çatmağımda müstəsna xidmətləri olub. İnşallah, onun üçün hələ çoxlu qollar vuracam.
 
- Atan bütün oyunlarını izləyir?
- Atam, demək olar, bütün oyunlarıma gəlir. Yalnız Bakıdan çox uzağa çıxanda orda olmur. Qalan bütün görüşlərdə mənə stadiondan mənəvi dəstək olmağa çalışır.
 
- Çempionatın əvvəlində az-az oynayırdın, amma indi demək olar, əsas heyətin üzvünə çevrilmisən. Nə dəyişdi ki?
- Mövsümlərarası fasilədə Ramil Əliyev məni komandaya dəvət etdi. İlk turlarda da şans verirdi. Amma Vladislav Qədirov baş məşqçi olandan sonra ehtiyatda qalmağa başladım. Demək olar, şans vermədi mənə. Şahin müəllim gələndən sonra isə yenidən oynamağa başlamışam. Görünür, Vladislav müəllimin oyun üslubuna uyğun gəlmirdim. Hər halda, hər məşqçinin öz seçimi olur və ona hörmətlə yanaşmaq lazımdır.
 
- Şahin Diniyev son mətbuat konfransında sənin gələcəyini parlaq gördüyünü, böyük potensiala sahib olduğunu bildirdi. Və əlavə etdi ki, öz üzərində daim və çoxlu işləməlisən...
- Şahin müəllimlə mən də söhbət etmişəm. Mənə də deyib ki, öz üzərində çox işləsən, gələcəkdə yaxşı futbolçu olacaqsan. Şükür Allaha, məşqçinin tapşırıqlarını canla-başla yerinə yetirirəm. Ola bilər ki, bəzən istənilən oyunu göstərə bilmirəm. Amma hər şeyin yaxşı olması üçün əlimdən gələni əsirgəmirəm.
 
- Artıq gələn mövsüm yaş limitinə düşməyəcəksən. Başqa sözlə, əsas heyətdə oynamaq daha da çətinləşəcək. Bu barədə düşünmüsən?
- Əlbəttə. Artıq indidən bu barədə düşünürəm. Üzərimdə çalışıb komandanın aparıcı üzvlərindən birinə çevrilmək istəyirəm. Yalnız bu halda gələn mövsüm də mütəmadi oynaya bilərəm. Məşqlərdə də hazırlıq bitəndən sonra qalıb əlavə çalışıram. İnşallah əziyyətimin qarşılığını görərəm. Buna böyük ümidim var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.