11 noyabr 2013 13:54
Qırğızıstan - Azərbaycan oyununun hakimləri açıqlandı
Noyabrın 19-da Bişkek şəhərindəki “Dolen Omurzakov" adına stadionda keçiriləcək Qırğızıstan - Azərbaycan yoldaşlıq oyununu qazaxıstanlı hakimlər idarə edəcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Artyom Kuçin olacaq.
Onun köməkçiləri isə Sergey Vassyutim və Serik Jappasbayev olacaq. Böyük ehtimalla dördüncü hakim funksiyasını da yerli - qırğız hakimlərdən biri yerinə yetirəcək. Onun adı isə hələlik məlum deyil.
