11 noyabr 2013 13:32
Berti Foqts milliyə daha bir futbolçu çağırdı
Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə bu gündən etibarən təlim-məşq toplanışında olacaq (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek) Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, baş məşqçi Berti Foqts tərəfindən “Sumqayıt” klubunun üzvü Pərdis Fərcad-Azad da millimizə dəvət olunub.
Qeyd edək ki, Əli Gökdəmir millinin hazırlıq prosesində noyabrın 14-dən etibarən iştirak edəcək.
