10 noyabr 2013 11:47
Qurban Qurbanov Qarabağın futbolçularına istirahət verdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 13-cü turunun AZAL-la oyunundan sonra komandasının üzvlərinə istirahət verib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun bir neçə üzvü yığmamızın qarşıdakı Estoniya və Qırğızıstanla yoxlama oyunlarına yollanacaq.
Digər futbolçuları isə dörd günlük istirahət gözləyir. Fasilədən sonrakı ilk məşq noyabrın 14-də baş tutacaq.
