10 noyabr 2013 11:25

Maksim Medvedev: Bu gün Bakıya azarkeşlik edəcəm

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- Yenə AZAL, yenə xal itkisi...
- AZAL bizim üçün çətin rəqibə çevrilib. Heç özüm də bilmirəm ki, bu komanda ilə oyunlarımız niyə alınmır. Bizim altı oyunçumuza qarşı fərdi mübarizə aparırdılar. Hərdən bəzi şeylər gülməli alınırdı. Bizim bir oyunçumuz bu cinahdan digərinə keçəndə, ona qarşı oynayan futbolçu da eyni cür davranırdı.
 
- Oyunlarınız da bir-birinə oxşar oldu. Düzdü, bu dəfə nəticə bir qədər fərqli oldu. Həm də komandanızın bərabərlik qolunu siz vurdunuz...
- Ssenari təkrarlandı. Qol vəziyyətlərimiz çox oldu. Amma dəyərləndirə bilmədik. Həm də süni örtüklü meydanda oynamaq ağır idi.
 
- Xal itkisinə baxmayaraq, "Qarabağ" liderdi. Hətta "Neftçi" bu gün qələbə qazansa belə, zirvədə qalacaqsız...
- Əgər biz məğlub durumda olarkən heç-heçə ediriksə, bunu ancaq müsbət məqam kimi qeyd etmək lazımdı. Odu ki, bu xal itkisinə görə çox üzülməyə dəyməz. Qazandığımız bu bir xal da mövsümün sonunda çox vacib əhəmiyyət daşıya bilər.
 
- Artıq yığmanın qarşıdakı oyunlarına köklənmək olar?
- Hələ yox. Turun mərkəzi oyununda "Neftçi" ilə "Bakı" üz-üzə gələcək. Tura yekun vurulandan sonra milli haqda düşünə bilərik.
 
- Yəqin ki, ən yaxın izləyiciniz "Neftçi"nin məğlubiyyətini arzulayacaqsız...
- Mən sadəcə "Bakı"ya azarkeşlik edəcəm, daha "Neftçi"yə qarşı yox. "Bakı"da dostlarım oynayır - Rauf Əliyevlə Əfran İsmayılov. Bizim öz aramızda zarafatımız var (gülür).
 
- Yığma ilə dörd gün ərzində iki oyuna çıxmalısız. Estoniya və Qırğızıstanla oyunlar ağır olmayacaq ki?
- Əlbəttə, fasilə qısa olacaq. Amma biz bu oyunların hər ikisində qələbə qazanmaq istəyirik. Çünki ilin son oyunları olacaq. Bütün uşaqlar formadadılar. Bu görüşlərin nəticəsi bizim üçün az əhəmiyyət kəsb etməyəcək.

- Bu oyunlar Berti Foqtsun yığmamızdakı son fəaliyyəti ola bilər. Onun rəhbərlik etdiyi dövrü necə qiymətləndirə bilərsiz?
- Foqtsla çox şey dəyişib. Yaxşı mənada. Çempionatın da səviyyəsi qalxıb. Yığmanın futbolçuları üçün hər cür şərait yaradılıb. O, özü isə bizim üçün çox şey edib. Seçmə mərhələlərdə yığmamızla rekorda imza atdı, ardından həmin rekordu yenilədi.

- Foqtsun yığmamızı AÇ-2016-nın final mərhələsinə çıxarmağa söz verdiyini xatırlayırsız?
- Əgər elə deyibsə, deməli, nəyəsə güvənib.
 
- Foqts getsə, onun əcnəbi mütəxəssislə əvəzlənməsini istərdiniz, yerli ilə?
- Mən daha çox əcnəbi mütəxəssisin tərəfdarıyam. Fikrimcə, o, daha obyektiv olacaq. Ən azından futbolçu seçimində. Yəni hamıya eyni gözlə baxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.