10 noyabr 2013 20:56
Neftçinin müdafiəçisi xəstəxanalıq oldu
Topaz Premyer Liqasının 13-cü turunun "Bakı" ilə oyunu "Neftçi"nin müdafiəçisi Denis Silva üçün yaxşı başa çatmayıb. Azerisport.az xəbər verir ki, bu görüşdə zədələnən futbolçu xəstəxanaya aparılıb.
Onun zədəsinin nə dərəcədə ciddi olduğu hələlik bilinmir.
Qeyd edək ki, "Neftçi" - "Bakı" matçı 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
