10 noyabr 2013 20:45
Kamran Ağayevlə Neftçinin azarkeşi arasında münaqişə
Topaz Premyer Liqasının 13-cü turunun "Neftçi" - "Bakı" oyunundan sonra qonaq komandanın qapıçısı Kamran Ağayevlə meydan sahiblərinin bir azarkeşi arasında qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, zədə səbəbindən bir neçə turdu komandasına kömək edə bilməyən "Bakı"nın və futbol üzrə Azərbaycan yığmasının qapıçısı görüşü tribunadan izləyirdi.
Onun azarkeşlə söz davası da məhz tribunada yaranıb. Amma münaqişənin böyüməsinə imkan verilməyib.
