10 noyabr 2013 20:34
Nazim Süleymanov: Oyunda hər üç qolu özümüz vurduq
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Bakı" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam. Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza”.
