10 noyabr 2013 20:23
Milinko Pantiç: Neftçi fiziki cəhətdən bizdən zəif idi
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Neftçi" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun serbiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Komandamın göstərdiyi oyundan razıyam, istədiyim kimi mübarizə apardılar. “Neftçi”nin oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar. 10 nəfərə qarşı mübarizə aparsaq da, “Neftçi” fiziki cəhətdən bizdən zəif idi. Qapıçımız yerli futbolçudu. “Simurq”la oyundan sonra da deyirdilər ki, onu niyə oynadırsan? Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm”.
