10 noyabr 2013 20:12
Con Toşak: Əlimizdən gələn hər şeyi etdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun uelsli çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Meydanda ən yaxşı biz idik, oyuna nəzarət bizdə idi. Təəssüf ki, yenə də qol imkalarından istifadə edə bilmirik. Bu, bizim üçün baş ağrısına çevrilir. Sakkoninin əvəzlənməsinə şərh vermək istəmirəm”.
