10 noyabr 2013 18:32
Saşa Stamenkoviç Neftçini azlıqda qoydu
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində hazırda "Bakcell Arena"da "Neftçi" "Bakı"nı qəbul edir. Azerisport.az xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar.
Rauf Əliyevlə üz-üzə qalan Saşa Stamenkoviç onu cərimə meydançası yaxınlığında kobudluqla dayandırıb. Bu üzdən də baş hakim Fariz Yusifov serbiyalı qolkiperi birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Nəticədə, "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Ernest Nforu çıxararaq, onun əvəzində meydana digər qapıçı Pavel Doroşevi buraxıb.
Qeyd edək ki, "Neftçi" buna qədər məhz Nforun vurduğu erkən qol sayəsində hesabda 1:0 öndə idi.
