10 noyabr 2013 14:55
Xəzər Lənkəran - Qəbələ matçı təxirə salına bilər
Topaz Premyer Liqasının 13-cü turunun "Xəzər Lənkəran" - "Qəbələ" matçı baş tutmaya bilər. Azerisport.az saytına Lənkəran klubunun mətbuat xidmətindən daxil olan məlumata görə, ötən gündən bu bölgədə yağış yağır.
Bu üzdən Lənkəran şəhər stadionunun qazonu oyunu qəbul etmək üçün tam yararlı deyil. Lakin son qərarı AFFA və PFL-in Lənkərana ezam olunan nümayəndələri verəcəklər.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qəbələ" görüşü saat 17:00-da start götürəcək.
