10 noyabr 2013 14:25

"Heç gələn il də klublarımız Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmayacaq"

Veteran futbolçu, Azərbaycan millisinin sabiq forvardı Vadim Vasilyev azerisport.az saytına müsahibəsində yığma komandanın hazırkı vəziyyətindən, klublarımızda çıxış edən legionerlərdən və gənc futbolçuların hazırlığından danışıb.
 
- İlk olaraq Azərbaycan Premyer Liqasıyla bağlı fikrinizi bilmək maraqlı olardı. Sizcə çempionatda nə dəyişib?
- Ölkə futboluna böyük pul axını başlayıb. Amma oyun baxımından dəyişiklik böyük deyil. Mən yerli futbolçuların çıxışını deyirəm. Komandaların heyətində daha çox legionerlər oynayır. Bizimkilər praktikasız qalır və nəticədə daha pis oynayırlar. Hər komandada legionerlər əsas sayılır. Onlara daha çox diqqət yetirilir. Bizim dövrümüzlə indiki futbolumuz arasında fərq o qədər böyük deyil. Yaxşı yerli oyunçular yox dərəcəsindədi.
 
- Belə çıxır ki, yerli futbolçular arasında xaricdə oynaya biləcək səviyyədə oyunçumuz yoxdu?
- Ölkədə yeni futbolçu nəsli yetişir. Mən indiki yeniyetmələri deyirəm. Aşağı yaş qrupları üzrə yığmada çıxış edən futbolçularımızın çoxu xarici ölkələrdə oynayır. Onların arasında 1995, 1997 təvəllüdlü perspektivli futbolçular var. Gələcəkdə əsas millinin şərəfini qoruya biləcək futbolçular onlar olacaq.
 
- Milli haqda nə düşünürsünüz? Berti Foqtsun taleyi barədə müxtəlif fikirlər səslənilir...
- Alman məşqçi işini yaxşı gördü. İndiyə qədər ən yaxşı nəticə İqor Ponomaryovun rəhbərliyi altında topladığımız 5 xal idi. Sonradan Foqtsla milli 7, nəhayət 9 xal topladı. Belə olan halda onun işini davam etdirməsinə imkan yaratmaq lazımdı. Fikrimcə, alman millidə qalmalıdı.
 
- Deməli, siz də onun Azərbaycan millisini 2016-cı ildə keçiriləcək Avropa çempionatına çıxaracağına inanırsınız?
- Bu barədə düşünmürəm. Çünki, yığmamız hələ qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq gücdə deyil. Mən bunu real saymıram. Sözdə danışmaq olar. Amma realda AÇ-2016-yə vəsiqə qazanacağımız həqiqətə oxşamır.
 
- Klublarımız heyət qurmaq üçün böyük pullar xərcləyir. Belə olan halda avrokuboklarda qrup mərhələsinə düşmək nə dərəcədə realdı?
- Klublarımız düşünür ki, heyəti gücləndirirlər. Amma Çempionlar Liqasında qrup mərhələsinə düşmək çətin məsəlidi. Bu, bizim gücümüzdə deyil. Hətta Avropa Liqasında pley-offu keçmək asan başa gəlmir. Klublarımızın oyun səviyyəsi çempionata uyğundu.
 
- Amma "Neftçi" artıq bu baryeri keçdi...
- Siz mənə inanın, gələn il də avrokuboklarda qrup mərhələsinə düşməyəcəyik. Bu, mənim fikrimdi. Razılaşmaya bilərsiz, amma mənim fikrim belədi. Çünki, işlər kompleks şəkildə aparılmır. Eyni zamanda yerli futbolçuları hazırlamaq istəmirlər. Legionerlərlə uzun müddət irəli getmək olmaz.
 
- Niyə klublar yerli məşqçilərə inanmırlar?
- Sponsorlar yalnız xarici məşqçilərlə maraqlanırlar. Yerli məşqçilərə inanmırlar. Hərçənd uğurlarımızın çoxu yerli məşqçilərlə bağlıdı. Bizim futbolu da məşqçilərimizdən yaxşı bilən yoxdu. Sadəcə, etimad azdı. Sponsorların bu hərəkəti məşqçilərimizi xaricdə iş axtarmağa məcbur edir. Çünki, görürük ki, artıq bizə burda təlabat yoxdu.
 
- Axı xaricdə işləyən məşqçimiz də yoxdu...
- Yoxdu, amma olacaq. Başqa yol yoxdu. Ölkəni tərk edib xaricə üz tutmaq lazımdı. Orada həm yaşamalıyıq, həm də işləməliyik. Onsuz bizi burada gözləmirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.