10 noyabr 2013 14:08
Dadaşovsuz Kayserslauterndən qələbə
Futbol üzrə Almaniya Cənubi Regional Liqasının 16-cı turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Kayserslautern"in ikinci komandası doğma divarlar arasında "Kikkers Offenbax"la qarşılaşıb.
Futbolçumuzun komandası 2:0 hesablı qələbəyə sevinib. Dadaşov bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, “Kayserslautern" hazırda 26 xalla 6-cı pillədə qərarlaşıb.
