10 noyabr 2013 18:10
Saşa Yunisoğlu oynadı, Fərid Quliyev izlədi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” və Fərid Quliyevin komandası “Kahramanmaraşspor” klubları da bu gün növbəti matçına çıxıb.
Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. Səfərdə oynamasına baxmayaraq, Ariflə Saşanın komandası iki cavabsız qolla qalib gəlməyi bacarıb.
Həmyerlilərimizin bu oyunda meydana çıxıb-çıxmayacaqları maraqla gözlənilirdi. Son dövrlər zədə səbəbindən oynamayan Arif bu görüşün də iştirak ərizəsinə salınmayıb. Ondan fərqli Saşa start heyətdə yer alıb. O, 90 dəqiqə meydanda olub. Fərid isə ehtiyat oyunçular arasında yer alıb və meydana çıxmaq şansı qazanmayıb.
Qeyd edək ki, “Kahramanmaraşspor” geridə qalan turlarda 6 xal toplayıb və hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Dənizlispor” isə 14 xalla 11-cidi.
Türkiyə PTT Birinci Liqası
13-cü tur
10 noyabr
Kahramanmaraşspor - Dənizlispor - 0:2
