10 noyabr 2013 18:20
Kəriminin klubu İstanbuldan məğlub qayıtdı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” da bu gün növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "İstanbul BB" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Kəriminin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, onun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fəthiyəspor” geridə qalan turlarda 5 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu - 19-cu pilləsində qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
13-cü tur
10 noyabr
İstanbul BB - Fəthiyəspor - 1:0
