11 noyabr 2013 00:04
Ruslan Abışov oynamadı, Rubin Krasnodara da məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Krasnodar”la üz-üzə gəlib.
Oyun doğma meydanda keçirilirdi. Bu üzdən də həmyerlimizin komandasını son uğursuzluqları unutdurmaq üçün mütləq qələbə qazanmalıydı. Lakin daxili birincilikdə çox uğursuz çıxış edən komanda bu turu da məğlub başa vurub.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Həmyerlimizin adı matçın iştirak ərizəsinə salınsa da, görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda cəmi 17 xal toplaya bilib və 11-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
16-cı tur
10 noyabr
Rubin - Krasnodar - 0:1
