10 noyabr 2013 01:20
Özkara izlədi, komandası qalib gəldi
Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda "Bursaspor"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Roberto Karlos onun adını matçın iştirak ərizəsinə daxil etsə də, meydana buraxmayıb.
Qeyd edək ki, “Sivasspor” geridə qalan turlarda 22 xal toplayıb və hazırda 3-cü sıradadı.
Türkiyə Super Liqası
11-ci tur
9 noyabr
Sivasspor – Bursaspor - 2:1
