9 noyabr 2013 00:26
"Premyer Liqadakı oyunların heç birinin nəticəsindən şübhələnməmişik"
Xəbər verdiyimiz kimi, ötən gün Topaz Premyer Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı futbolçularının və ən gözəl qolların müəlliflərinin mükafatlandırılması mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən "Azerinteltek" şirkətinin baş direktoru İsmayıl Kalefer də fikirlərini bildirib.
“Topaz Premyer Liqasının oyunlarının mərc proqramına təkli şəkildə daxil edilməsinin biz də tərəfdarıyıq. Buna müsbət rəy olarsa gələcəkdə Premyer Liqanın da oyunlarını təkli və canlı oyun şəkildə oyun proqramında görəcəksiz. Premyer Liqamıza marağı daha da artırmaq üçün bu addımı atmaq istəyirik. "Topaz"ın satış məntəqələrini ilk olaraq Bakı və ətraf rayonlarda açdıq. Naxçıvan MR-da da "Topaz" satış nöqtələrini açmaq istərdik. Gələcəkdə bununla bağlı müzakirələr aparmağı düşünürük. Topaz Premyer Liqasında indiyədək keçirilən oyunların heç birinin nəticəsindən şübhələnməmişik. Hər hansı şübhəmiz olsa, müvafiq qurumlara araşdırma ilə bağlı müraciət edərik. Əgər hər hansı bir oyuna maraq həddindən artıq çox olursa, biz onu proqramdan çıxara bilərik. Dünyanın bir çox bukmeker şirkətlərində bu praktika tətbiq olunur. Oyun proqramına hər hansı bir ölkənin bir oyununu daxil edə bilmərik. Ölkə çempionatını istifadəçilərin marağına əsasən proqrama əlavə edirik. Maraq kəsb etməyən liqaları isə proqramdan çıxarırıq”.
