9 noyabr 2013 20:18
"Bu oyunda yalnız qol çatışmadı"
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "İnter"lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Fikrimcə, çox maraqlı və sürətli oyun oldu. Çoxlu qol imkanları yaratdıq. Bu oyunda yalnız qol çatışmadı. Komandam yaxşı oyun göstərdi, mübarizə apardı. Futbolçularımın hər birinə təşəkkür edirəm. Oyun boyu topa yaxşı nəzarət etdik, sürətıi hücumlar qurduq. Çempionatın 2-ci dövrəsi təzə başlayıb. Getdikcə oyunumuzu təkmilləşdirməliyik. Avrokuboklar haqqında düşünmək hələ tezdi. Rəqib komandanın baş məşqçisi Kaxaber Sxadadzenin oyun bitdikdən sonra nə dediyini eşitməmişəm. Oyun zamanı da, oyundan sonra emosiyalar olur”.
