9 noyabr 2013 18:26
"Bir neçə əsas oyunçumuzun xidmətindən istifadə edə bilmədik"
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Qarabağ"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
"Qarabağ” bu oyunun favoriti olsa da, bizim öz hesablarımız var idi. Rəqib komanda oyunçularının fərdi ustalıq səviyyəsi bizimkilərdən daha üstündü. Sonda bu üstünlük qapımıza qolla nəticələndi. 8 oyundu ki, qalib gələ bilmirik. Lakin komandam hər bir oyunda sonadək mübarizə aparır. Bugünkü oyunda da heyətlə bağlı problemimiz var idi. Bir neçə əsas oyunçumuzun xidmətindən istifadə edə bilmədik. “Qarabağ” kimi komandaya qarşı yaxın oynamalıyıq, başqa cür oynamaq olmaz”.
