9 noyabr 2013 16:40
Azərbaycan yığmasının kapitanı Estoniya və Qırğızıstanla oyunları buraxa bilər
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 13-cü turunun AZAL-la səfər matçında iştirak etmir. Azerisport.az xəbər verir ki, buna səbəb onun hazırda zədəli olmasıdı.
Bu üzdən baş məşqçi Qurban Qurbanov komandanın kapitanının adını heç matçın iştirak ərizəsinə də daxil etməyib.
Qeyd edək ki, Sadıqov yaxın günlərdə zədəsini sağalda bilməsə, o, yığmamızın da qarşıdakı oyunlarını buraxa bilər. Millimizi noyabrın 15-də Estoniya, ayın 19-da isə Qırğızıstanla yoldaşlıq görüşləri keçirəcək.
