9 noyabr 2013 14:15

İqor Mitreski: İkinci yer bizlik deyil

"Neftçi"nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində Premyer Liqanın 13-cü turundakı oyundan, "Bakı"dan və çempionatdakı rəqabətdən danışıb.
 
- Paytaxt derbisində hər iki komanda üçün çətin olur. "Bakı" ilə oyuna hazırlıq necə gedir?
- Paytaxt derbisinə adi qaydada hazırlaşırıq. "Bakı" yaxşı heyətə malikdi. Bu komandayla oyunlar həmişə çətin olur. Doğma meydanda layiqli oyunla qələbə qazanmaq istəyirik. Aydın məsələdi ki, heç kim bizə 3 xal bağışlamayacaq. Buna görə də maksimum güc sərf etmək lazımdı.
 
- 1-ci dövrədə "Bakı" "Neftçi"yə qalib gəlmişdi...
- Həmin oyunda rəqib yaxşı təsir bağışladı. Deməzdim ki, biz pis oynadıq. Sadəcə, alınmadı. Futbolda belə anlar çox olur. Bəzən oynayırsan, amma nəticə istədiyin kimi olmur. İndi revanş üçün əla imkan var. Həm 3 xal qazana bilərik, həm də revanşımız baş tutar.
 
- Əksəriyyət əsas mübarizənin ilk üçlük arasında olacağını düşünür...
- İndiki halda ən yaxşı oynayan "Qarabağ", "Neftçi" və "Qəbələ"di. Demək olar ki, əsas mübarizə bu komandaların iştirakıyla olacaq. Amma biz ikinci yerlə kifayətlənə bilmərik. İkinci yer bizlik deyil. Digər tərəfdən "Qəbələ" də yaxşı komandadı. Onlar da təslim olmaq fikrində deyil. İlk üçlüyün mübarizəsinə digər komandalar da qoşula bilər.
 
- Nazim Süleymanovun gəlişindən sonra "Neftçi" də nə dəyişdi?
- İlk öncə Nazim Süleymanovun ötənlərin məşhur futbolçusu olduğunu qeyd etməliyəm. Öz dövrünün tanınan futbolçularından olub. Komandada olduğu qısa müddətdə çox şeylər dəyişdi. Psixologiyamız, taktikamız, fiziki hazırlığımız yenidən quruldu. Təcrübəli məşqçidi. Bizə tam fərqli yanaşması var. Komandada nizam-intizam da gücləndi.
 
- "Xəzər Lənkəran"a 4:1 hesabıyla qalib gəldiniz. Amma 1 həftə əvvəl Super Kubokda məğlub olmuşdunuz. Bəlkə "Neftçi" Super Kuboka ciddi hazırlaşmamışdı?
- Həmin gün oyun alınmadı. Meydanın da pis vəziyyətdə olması planlarımızı pozdu. Əsas odu ki, çempionatda bütün cəhətlərdə güclü olduğumuzu sübut etdik.
 
- "Neftçi" ardıcıl 3 il çempion olub. Cari mövsümü ikinci yerdə bitirsəz, necə olacaq?
- Etiraf etmək lazımdı ki, çempionatda ən təcrübəli komanda "Neftçi"di. Biz 3 il ardıcıl təcrübəmizin və layiqli oyunun sayəsində çempion olduq. Klubun prezidenti Sadıq Sadıqov daim hədəflərimizin yüksək olduğunu deyir. O, hər mövsüm bizdən qələbə gözləyir. Bu mənada ikinci yer bizlik deyil. Hazırda kimin çempion olacağını söyləmək çətindi. Çempionat uzun marafondu. Bir qədər gözləmək lazımdı. Sonda kimin xalının çox olacağı hələ məlum deyil.
 
- "Qarabağ" qələbə seriyasını davam etdirir. Təqvimə əsasən siz dekabrda qarşılaşacaqsız. Ağdam təmsilçisinin uğurlu seriyasını dayandıra bilərsiz?
- Çempionatda hamı "Neftçi"yə qarşı xüsusi əzmlə oynayır. Bu mənada heç kimi fərqləndirmək istəməzdim. "Qarabağ" haqda danışmağa ehtiyac yoxdu. Yaxşı formalaşan heyətə malikdilər. Özü də topla yaxşı oynayırlar. Onlarla oyuna hələ çox var. İstənilən halda "Neftçi" hər oyunda yalnız 3 xal barədə düşünür. Çempion olmaq istəyən hamını udmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.