8 noyabr 2013 12:27
İnter sertifikatına qovuşdu (FOTO)
Məlum olduğu kimi, FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim etməli idi. Azerisport.az xəbər verir ki, artıq həmin sertifikat paytaxt klubuna təqdim olunub.
Beynəlxalq standartlara cavab verən arena iki ulduzla qiymətləndirilib.
Qeyd edək ki, FİFA prezidenti Yozef Blatterin imzası ilə olan sertifikat bu gün "İnter" klubuna təqdim olunub.
Əlavə edək ki, bu sertifikat stadionun bir il müddətində beynəlxalq matçları keçirməsinə imkan verir. (klub saytı)

