8 noyabr 2013 12:53
Millimizi Tallində yağış gözləyir
Futbol üzrə Azərbaycan yığması noyabrın 15-də Estoniyada yerli seçmə komanda ilə yoxlama matçına çıxacaq. Azerisport.az xəbər verir ki, sözügedən görüş Tallində baş tutacaq.
Sinoptiklərin məlumatına görə, həmin gün Estoniya paytaxtında hava yağmurlu olacaq. Qarşılaşmanın da məhz yağışlı havada oynanılacağı ehtimal olunur. Havanın temperaturu isə 4 dərəcə isti təşkil edəcək.
