8 noyabr 2013 00:04
Vaqif Sadıqov: Qarabağla oyunda 3 xal qazanmağa çalışacağıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 13-cü turunun "Qarabağ"la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Hamı başa düşür ki, liderə qarşı oynayacağıq. "Qarabağ" çempionatın ən güclü komandalarından biri, hətta deyərdim ki, hazırda ən güclü komandasıdı. Ağdam klubu cari mövsümdəki yeganə məğlubiyyətini bizdən alıb. Bu amili də nəzərə alırıq. Çünki onlar həm birinci pillədəki yerlərini qorumağa çalışacaqlar, həm də ilk dövrədəki məğlubiyyətin qisasını almaq haqda düşünəcəklər. Bir neçə turdu qələbə qazana bilmirik. Biz də çalışacağıq ki, bu oyunda nəhayət 3 xal qazanaq. Ən önəmlisi isə yaxşı oyun sərgiləməkdi. Yaxşı oyun olanda, nəticə özü gəlir. Heyətlə bağlı problemlər bizi hələ də rahat buraxmır. Amma mən həmişə demişəm ki, heyətdə əvəzolunmaz futbolçu yoxdu. Çünki biz komanda oyununa görə seçilirik".