8 noyabr 2013 11:44
Yığmamızın yeni baş məşqçisi: Azərbaycan xalqını sevindirmək istəyirəm
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Migel Mateus millimizin 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasını Avropa oyunlarında çətin imtahan gözləyir. Mən əlimdən gələni edəcəm ki, komandam bu turnirdə yaxşı çıxış etsin. Bunun üçün bizim kifayət qədər vaxtımız var. Belə vacib turnirlərə yaxşı hazırlaşmaq lazımdı. Məndən asılı olan hər şeyi etməyə hazıram. Nəticə qazanmaqla həm azarkeşləri, həm də bütün ölkəni sevindirmək istəyirəm".