8 noyabr 2013 11:14

Topaz Premyer Liqası, 13-cü tur: Mircavadovun proqnozu

Azərbaycanlı futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytı üçün Topaz Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
RƏVAN - SUMQAYIT
Şahin Diniyevin gəlişindən sona komanda yaxşı tərəfə dəyişib. Əlbəttə, onun seçim imkanı böyük deyil. Amma komanda sona kimi mübarizə aparır. Qələbəyə çalışdıqları görünür. Lakin komandada bəzi problemlər var ki, bu da istənilən nəticələrin əldə olunmasına imkan vermir. "Sumqayıt"da isə təcrübə çatışmazlığı var. Bu oyunda "Rəvan"ın qalib gələcəyini düşünürəm.
 
AZAL - QARABAĞ
Ağdam klubu hazırda relsə düşüb və istədiyi nəticələri qazana bilir. Onlar "Qəbələ" ilə son oyunu komanda üçün yaxşı dərs oldu. Çünki hər oyunda sona kimi mübarizə aparmaq lazımdı. AZAL da ürəkdən oynayır, müsbət nəticələr qazanmağa çalışır. Amma bu görüşdə "Qarabağ"ın qalib gələcəyi qənaətindəyəm.
 
İNTER - SİMURQ
"Simurq" hələ də ev oyunlarını Zaqatalada keçirə bilmir. Bu, komandanın nəticələrinə təsirsiz ötüşmür. "İnter" son oyunlarda qələbə qazana bilib. İndi onlar növbəti üç xal qazanmağa çalışacaqlar. Ona görə "bankirlər"in qələbəsini gözləyirəm.

XƏZƏR LƏNKƏRAN - QƏBƏLƏ
"Xəzər Lənkəran" çox zəif çıxış edir. Komanda həm də çox qol buraxır. Elə son iki oyuna 7 qol buraxıblar. Bu, çox xoşagəlməz məqamdı. Lənkəranda güclü dəstək olsa, bu, oyunçulara əlavə motivasiya verə bilər. Bildiyimə görə, "Neftçi"yə məğlubiyyətdən sonra klubdaxili iclas keçiriblər. Bu, öz rolunu oynaya bilər. "Qəbələ" "Qarabağ"a qarşı oynadığı kimi çıxış etsə, istədiyi nəticəni qazana bilər. Amma mənim fikrimcə, XL uduzmayacaq. Lənkəranlılara üstünlük verirəm.

NEFTÇİ - BAKI
"Neftçi" yəqin ki, ilk dövrədəki 0:3 hesablı məğlubiyyətin revanşını almağa çalışacaq. Komandada yeni baş məşqçi var və futbolçular indi daha yaxşı oyun sərgiləməyə çalışırlar. Fikrimcə, "ağ-qaralar" "Bakı"dan qisaslarını alacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.