8 noyabr 2013 10:50
Ramaldanovla Əmirquliyev şagirdlərlə futbol oynadı (FOTO)
Lənkəran rayonundakı Şiləvar kənd orta məktəbində "Məktəblərdə futbol dərsi" layihəsinin açılışı olub. Azerisport.az xəbər verir ki, Lənkəran şəhər təhsil idarəsinin fiziki hazırlıq üzrə metodisti Kamran Məmmədov, məktəbin direktoru Elnur Əsədli, Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" klubunun üzvləri Rahid Əmirquliyev və Rasim Ramaldanov tədbirdə iştirak edib.
Qeyd edək ki, bu layihə Şiləvar kənd orta məktəbində V, VI və VII siniflərdə təhsil alan 80 şagirdi əhatə edəcək. Tədbirin sonunda Rahid Əmirquliyev və Rasim Ramaldanov şagirdlərlə birgə futbol oynayıb. (AFFA)
