8 noyabr 2013 21:30
Şahin Diniyev: Son 4 oyundan ən pisini oynadıq
"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Son 4 oyundan ən pisini oynadıq. Biz 1 xal qazandıq, iki xal itirmədik. Komandada yorğunluq var. Qış fasiləsində 7 futbolçunun heyətə cəlb olunması haqqında rəhbərliklə danışmışam. Mövqelərdə olan boşluqları doldurmaq lazımdı. Ceyhun Cavadov bu gün ən pis oyununu keçirdi, lakin onun gələcəyini yaxşı görürəm”.
