8 noyabr 2013 18:12
Yığmamızın açıq məşqi olacaq
Noyabrın 15-də Estoniya, noyabrın 19-da isə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının səfər ərəfəsində mətbuat və azarkeşlər üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, açıq məşq noyabrın 12-də, saat 16:15-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
