8 noyabr 2013 18:03
Berti Foqts mərkəzi oyunları canlı izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək AZAL - "Qarabağ" və "Neftçi" - "Bakı" oyunlarını izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, məşqçi Aslan Kərimov da "İnter" - "Simurq" qarşılaşmasını izləyəcək.
