8 noyabr 2013 17:57
Georgi Nikolov: İnter adını dəyişməyəcək
"İnter"in prezidenti Georgi Nikolov Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayevin təklifinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, PFL rəhbərinin paytaxt klubunun "İnter Keşlə" adlandırılması ilə bağlı təklifinə belə şərh verib:
"Mən bununla qətiyyən razı deyiləm. Vaxtilə AZAL da "Olimpik-Şüvəlan" adlanırdı. Bu, komandaya nə qazandırmışdı ki? Bu komanda ilə Şüvəlandakı oyunumuza 100 azarkeş gəlmişdi, onların da 50-si bizimkilər idi. Ad dəyişikliyi heç bir fayda vermir. Bu üzdən də "İnter" öz adını dəyişməyəcək. Yeri gəlmişkən, biz bu məsələni bir neçə il öncə müzakirə etmişdik və Ramin Musayev məndən imtina cavabı almışdı. Mən sadəcə "İnter"in prezidenti ola bilərəm, hansısa Keşlənin yox. Bunlar hamısı cəfəngiyatdı".