8 noyabr 2013 16:34
Musayev: Foqts Premyer Liqanın hər turunu izləsə, qalmasını istərəm
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev millimizin baş məşqçisi Berti Foqtsun taleyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əgər Foqts çempionatımızın bütün turlarını izləsə, mən də onunla müqavilənin yenilənməsinin tərəfdarıyam. Son tsikldə çox ciddi uğur qazana bilməsək də, hər halda əvvəlki tsikllərlə müqayisədə yaxşı çıxış etdik. Komandada nizam-intizam da yüksək səviyyədədi".
