8 noyabr 2013 15:46
Ramin Musayev: Tərlan Əhmədovu Neftçiyə mən məsləhət görməmişdim
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədovun bu kluba gətirilməsində heç bir rolunun olmadığını bəyan edib. Azerisport.az xəbər verir ki, o, bununla bağlı açıqlamasında aşağıdakıları söyləyib:
"Mən Tərlanın müsahibəsini oxumuşam. Amma onu "Neftçi"yə mən gətirməmişəm. Klubun Sadıq Sadıqov kimi prezidenti var. Bu məsələdə adımın hallanmasını başa düşmürəm. Mən sadəcə Qurban Qurbanovu "Qarabağ"a məsləhət görmüşdüm. Ondan başqa heç bir kluba kimisə məsləhət görməmişəm. "Neftçi" Böyükağa Hacıyevlə böyük uğurlara imza atdı".