8 noyabr 2013 15:00

Reynaldo: Daha yaxşı oynaya biləcəyimə əminəm

“Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının təsis etdiyi ən yaxşı oyunçuya verilən mükafatın oktyabr qalibi olması barədə fikirlərini  bölüşməklə yanaşı, digər sualları cavablayıb.
 
Oktyabr ayı üçün ən yaxşı futbolçu olduğunuzu sizə bildiriblər?
Bəli. Almeyda bu barədə dedi. Gözlənilməz olsa da, xoş idi.
 
Bəs siz bu mükafatı kimə verərdiniz?
“Qarabağ”da ən yaxşılardır. Ancaq mənə gəlincə, mükafatı Almeyda və ya Çumbinyoya verədim.
 
AZAL-a qarşı keçiriləcək oyuna hazırlıq necə gedir?
Biz birinci pillədə qalıb kiçik fasiləyə yaxşı əhvalda yollanmaq istəyirik.
 
İlk dövrədən AZAL-dan alınmış məğlubiyyəti xatırlayırsınız?
Əlbəttə. Bu dəfə revanş almaq lazımdır. Rəqibimizi yaxşı öyrənmişik.
 
İndi siz yaxşı formadasınız?
Avrokuboklardan sonra məndə eniş müşahidə olunurdu. Ancaq Qurban Qurbanov mənimlə bir neçə söhbət apardı və bu, mənə kömək etdi. Oktyabr ayında oynadığımdan daha yaxşı oynaya biləcəyimə əminəm.
 
Mövsümün yekunlarına görə ən yaxşı olmaq istəyi var?
Bu haqda danışmaq tezdir. Əvvəlcə “Qarabağ” çempion oldun, sonra baxarıq.
 
Qurbanov “Qəbələ” ilə oyuna (4:3) görə komandanı çox tənqid edib?
Bizə bunun dərs olduğunu və sona qədər oynamaq lazım olduğunu deyib. Biz məşqçimizi başa düşdük.
 
“Qarabağ”ı tərifləməkdə heç kəs tənbəllik etmir. Öz klubunuzdan başqa hansı klub ürəyinizcədir?
“Qəbələ”. Çox yaxşı komandadır. Buna sübut bizimlə oyundur. Həmçinin, “Neftçi” pis görünmür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.