8 noyabr 2013 13:55
Rauf Əliyev: Süleymanovun gəlişindən sonra Neftçi dəyişib
“Bakı”nın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
“Liderlərin biri ilə bizə çətin oyun gözləyir. Nazim Süleymanovun komandaya gəlişindən sonra Neftçi dəyişib. “Xəzər Lənkəran”a qarşı oyun buna sübutdur. Bundan başqa, ilk dövrədəki 0:3-ün əvəzini çıxmağa çalışacaqlar. Bizə asan olmayacaq, ancaq biz qələbə qazanmağa çalışacağıq”.
